EN

Ronaldo ilin ən çox qazanan idmançısı oldu -

2024-cü ildə dünyanın ən çox qazanan idmançıları məlum olub. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir. 40 yaşlı hücumçu ötən il 260 milyon dollar qazanıb. İkinci sırada isə NBA təmsilçisi "Qolden Steyt Uorriors"un basketbolçusu Stiven Körri (153,8 milyon dollar) yer alır. İlk "üçlüyü" isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) tamamlayır.2024-cü ildə ən çox qazanan idmançıları təqdim edirik:1. Kriştianu Ronaldu (Portuqaliya, futbol) – 260 milyon dollar2. Stiven Körri (ABŞ, basketbol) - 153,8 milyon dollar3. Tayson Fyuri (Böyük Britaniya, boks) - 147 milyon dollar4. Lionel Messi (Argentina, futbol) - 135 milyon dollar5. Lebron Ceyms (ABŞ, basketbol) - 133,2 milyon dollar6. Neymar (Braziliya, futbol) - 133 milyon dollar7. Oleksandr Usik (Ukrayna, boks) – 122 milyon dollar8. Kərim Benzema (Fransa, futbol) - 116 milyon dollar9. Kilian Mbappe (Fransa, futbol) - 110 milyon dollar

10. Con Rahm (İspaniya, qolf) - 105,8 milyon dollar.

Chosen
13
8
metbuat.az

10Sources