Xəbər verdiyimiz kimi bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür.
Oxu24.com xəbər verir ki,bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir sıra əməkdaşlar təltif olunublar.
Təltif olunanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Sədrəddinov da var.O,Xidmətin yaradılmasının 13-cü ildönümü münasibətilə keçirilən tədbirdə Xidmət rəisi cənab Mürsəl İbrahimov tərəfindən Fəxri Fərmanla təltif olunub.
Oxu24.com kollektivi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyini və bütün kollektivini bu gün münasibəti ilə təbrik edir,Sizlərə işlərinizdə uğurlar arzu edirik.
Miri Məcidli