EN

“Azerbaijan Technologies” zəmanət talonuna qanunsuz şərtlər daxil edib?

“Azerbaijan Technologies” Firması barəsində inzibati iş başlanıb.

Valyuta.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Departamenti şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə inzibati protokol tərtib edib.

İttihama görə şirkət zəmanət talonuna qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib.

Qeyd edək ki, 447.0.9-cu maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Chosen
30
valyuta.az

1Sources