EN

İran səfiri İrəvanda hərbi hazırlıq dərsinə baş çəkib

Dünən İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistanda hərbi hazırlıq dərsinə qatılıb. Bu barədə ermənipərəst “Miran Press” Telegram kanalı xəbər verir.

Sinifdə hərbi hazırlıq fənninin tədris prosesi ilə tanış olan İran səfiri iddia edib ki, “Ermənistan və İran sülhə can atırlar. Onlar öz gücləri və dostluq dəstəyi ilə bu sülhü qoruya bilərlər”.

Qeyd edək ki, əsas vəzifəsi diplomatik fəaliyyət göstərmək olan İran səfiri indi də erməni şagirdlərin anti-Azərbaycan ruhda yetişməsi üçün canfəşanlıq edir.

Visiontv.az



Chosen
16
1
visiontv.az

2Sources