EN

"Kənddən güclə Bakıya qaçıb gəlmişəm, qayıtmaram" - Xalq artisti

Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə gündəmə gəlib.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni "El canlı" verilişində "Nə zamansa hər şeyi atıb kəndinə qayıtmağı düşünürsünüz" sualına belə cavab verib:

"Güclə Bakıya gəlib çıxmışam. Tütünün, baramanın içindən qaçıb gəlmişəm. Kəndimin camaatı, bağışlayın. Gələ bilmərəm. Amma kəndimiz və o günlər üçün darıxıram. İnsan uşaqlığını çox axtarır. Olmasın, kolxoz dövrü idi, getdi. O vaxt tütün yığmağa gedəndə hamı tütün yığırdı, mən isə əlimi qulağıma qoyub mahnı oxuyurdum". 

Chosen
15
6
day.az

8Sources