EN

Azərbaycanın xarici dövlət borcu azaldı, daxili isə artdı

2025-ci il 1 yanvara Azərbaycanın cəmi dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan “2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində qeyd edilib.

Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.

Xarici dövlət borcu

1 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 126.337,0 milyon manat (74 milyard 315,9 milyon ABŞ dolları) məbləğində olan ÜDMin 6,9 faizini təşkil edib.

2025-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon ABŞ dolları və ya 20,6 faiz azalıb.

Chosen
41
5
publika.az

6Sources