1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağcabədidə saxlanılan şəxsdən polis 10 kiloqram narkotik vasitələr aşkarladı.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.
Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.