Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” beynəlxalq turnirində finala vəsiqə qazanıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında ən azı gümüş medalı təmin ediblər.
Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa kateqoriyasında bürünc mükafata layiq görülmüşdü.