EN

Azərbaycanın stolüstü tennisçilər Türkiyədəki yarışda finala yüksəliblər

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində finala yüksəliblər.

Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, U-15 kateqoriyasında çıxış edən idmançılar qarışıq-qoşa mübarizəsində minimum gümüş mükafatı təmin ediblər.

O.Quluzadə - Y.Məmmədli tandemi fevralın 14-də keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, idmançılar yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

Chosen
14
2
azertag.az

10Sources