"Barselona" gənc ulduzu ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi Pau Kubarsiyə yeni kontrakt təklif etməyə hazırlaşır.

"Barsa" rəhbərliyi 18 yaşlı müdafiəçiyə 5 mövsümlük müqavilə təklif edilməsini planlaşdırır.

Qeyd edək ki, Pau 2024/25 mövsümündə 36 oyuna çıxıb və 3 məhsuldar ötürməyə imza atıb.