“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) maraqlı rekorda imza atıb.
Publika.az xəbər verir ki, ingilis futbolçu Münhen klubunun heyətində turnirdəki ilk 20 oyunda 20 qolun vurulmasında (15 qol və 5 məhsuldar ötürmə) iştirak edib. İndiyədək heç bir futbolçu buna nail ola bilməyib.
Qeyd edək ki, Keyn ötən gün ÇL-in pley-off mərhələsinin “Seltik” ilk matçında (2:1) qol vurmağı bacarıb.