EN

Moldova Rusiya Mədəniyyət Mərkəzini bağlayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kişineu PUA-ların respublika ərazisinə düşməsi ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoyaraq, Rusiya Federasiyası ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişin ləğv edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişinə birtərəfli qaydada xitam (denonsasiya - red.) vermək qərarına gəlib.
"Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra, Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq" - Moldova XİN-in açıqlamasında qeyd olunur.
Chosen
3
oxu.az

1Sources