EN

Jurnalist və bloger 22 yaşında VƏFAT ETDİ

“Novaya Qazeta”nın 22 yaşlı keçmiş jurnalisti Taisiya Şeremet İspaniyada vəfat edib.

Rusiya mətbuatına istinadən xəbər verir ki, qız nadir və ağır xəstəlikdən – kistik fibrozdan əziyyət çəkirmiş.

Erkən yaşlarından Şeremet həyatından və xəstəliyindən bəhs etdiyi bloq yaradıb. Anası bildirib ki, 2015-ci ildə qızı Moskva xəstəxanasına yerləşdiriləndə ona yalnız antibiotiklərlə müalicə təklif olunub, bu da ciddi fəsadlar, o cümlədən şiddətli qusma ilə nəticələnib.

2022-ci ildə qız Almaniya klinikalarından birində müalicə üçün Avropaya köçüb, burada ağciyər transplantasiyası planlaşdırılıb, lakin onun vəziyyətini stabilləşdirmək mümkün olmayıb.

Jurnalistin yaxınları onun son günlər İspaniya xəstəxanalarından birində reanimasiyada olduğunu bildiriblər./BAKU.WS/

Chosen
20
4
medianews.az

5Sources