EN

"Barselona" Kubarsinin gələcəyi ilə bağlı qərar verib

"Barselona" müdafiəçi Pau Kubarsinin gələcəyi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az xəbər verir ki 18 yaşlı futbolçu Kataloniya klubu ilə yeni müqavilə imzalayıb. Müqavilə 2028/2029 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Daha əvvəl müdafiəçi ilə "Mançester Siti"nin də maraqlandığı haqda məlumat yayılmışdı.

Pau Kubarsi "Barselona"nın əsas heyətində 60 oyun keçirib. Onlarda müdafiəçi komanda yoldaşları üçün dörd məhsuldar ötürmə yazıb. Nüfuzlu Transfermarkt portalı Kubarsini 70 milyon avro dəyərində qiymətləndirir. "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdədir.

Chosen
35
90deqiqe.az

1Sources