EN

Boris Pistorius: “Rusiya-Ukrayna sülh danışıqlarına Avropa da daxil olmalıdır”

 

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya-Ukrayna sülh danışıqlarına Avropanın da daxil olması gərəkdiyini bildirib. Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısı öncəsi jurnalistlərə açıqlama verən Pistorius ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığında müzakirələrə başlamaq barədə razılığa gəldiklərini xatırladıb. "Putin bu müzakirələrə həqiqətən ciddi yanaşırsa – ki, son üç ilin təcrübəsinə əsaslanaraq bu barədə müəyyən şübhələr ola bilər – o zaman dərhal döyüş meydanında hərəkət etməli və Ukraynanı məhv etməyi dayandırmalıdır",– deyə o vurğulayıb. 

Pistorius Avropanın da bu danışıqların bir parçası olması gərəkdiyini bildirərək "Mənim üçün Avropanın müzakirələrə daxil olması açıqdır və bu məsələdə heç bir şübhə yoxdur" deyə qeyd edib. 

Ukrayna ilə bağlı sülh danışıqlarının necə irəliləyəcəyinin və ən əsası hansı nəticələr verəcəyinin hələlik bəlli olmadığını bildirən alman nazir "Ən kədərlisi odur ki, Tramp administrasiyası daha müzakirələr başlamadan Putinə açıq şəkildə güzəştlər verib. Mənim fikrimcə Ukraynanın NATO-ya mümkün üzvlüyü və ya ərazi itkiləri ilə bağlı məsələlər yalnız danışıqlar masasında müzakirə edilməlidir" ifadələrini işlədib. 

Boris Pistorius sabit, davamlı və ədalətli sülhün qurulmasının müharibədə insanların öldürülməsinin qarşısını almaq baxımından ən önəmli faktor olduğunu vurğulayıb.



Chosen
12
1
trt.net.tr

2Sources