EN

Mahir Emreli “Nürnberq”i tərk edir? - Klubdan açıqlama

"Mahir Emrelinin komandanı tərk etməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".

Bunu Oxu.Az-a açıqlamasında "Nürnberq" klubunun Mətbuat Xidmətinin rəhbəri Pia Lisa Kienel bildirib.

"Mahir Emrelinin komandadan ayrılması xəbərləri, sadəcə, şayiədən ibarətdir. Biz şayiələrə heç bir cavab vermirik. Futbolçu hazırda komanda ilə məşqləri davam etdirir. Növbəti oyuna çıxıb-çıxmayacağı barədə nəsə deyə bilmərik. Bu, baş məşqçinin qərarıdır və oyundan iki saat öncə bildirilir".

P.L.Kienel əlavə edib ki, komandanın istirahət günü olduğu üçün bu gün məşq olmayacaq.

"Transfer məsələsinə gəlincə isə bu, açıq şəkildə oyunçularımızın hər birinə aiddir. Əgər elan ediləcək bir məlumat olarsa, klub bunu vaxtında edəcək", - deyə mətbuat katibi əlavə edib.


Telegram kanalımız
Chosen
10
1
yenisabah.az

2Sources