EN

Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü Ağstafada qeyd olunub - FOTOLAR

13 fevral - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü Ağstafada qeyd olunub

"Unikal" xəbər verir ki, tədbirdə iştirak edənlər, Ağstafa RİH başçısı Seymur Orucov, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsinin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Daha sonra Ağstafa rayon Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının məzarları ziyarət olunub, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil və gül-çiçək dəstələri düzülüb.

Chosen
6
unikal.az

1Sources