"Football-plus.az" xəbər verir ki, bu barədə İstanbul təmsilçinin mətbuat xidməti məlumat yayıb. Görüşdə “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer və Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər. Yeniyetmə futbolçularla "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər.
Ole-Qunnar Sulşer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə edib və sonda xatirə şəkli çəkdiriblər.




