Hindistanın Prayaqrac şəhərində Kumbha-mela festivalından qayıdan 30-dan çox insan yol qəzasında xəsarət alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ştat polisi jurnalistlərə məlumat verib.
Zəvvarları daşıyan qoşqu Prayaqracdan 400 km məsafədə aşıb. Müxtəlif xəsarətlər alan 34 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Kumbha-mela festivalı hər 12 ildən bir Hindistanın şimalında keçirilir. Hindlilər müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yerdə yuyunurlar. Onlar inanırlar ki, insan bütün günahlarından təmizlənir və ölüm-yenidən doğulma dövrəsindən azad olur.