EN

Həftənin ən yaxşı futbolçusunun adı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Qirassidir.

28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior ("Real", İspaniya), Vanqelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşanı ("Feyenoord", Niderland) qabaqlayıb.

Chosen
44
17
olke.az

10Sources