EN

Kreml: Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək

Kiyev Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda bu və ya digər şəkildə iştirak edəcək, lakin Moskva ilə Vaşinqton arasında ikitərəfli dialoq da olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanala” müsahibəsində bildirib.

“Bu və ya digər şəkildə, əlbəttə ki, Ukrayna danışıqlarda iştirak edəcək. Bu dialoqun ikitərəfli Rusiya-Amerika treki də olacaq və bu, Ukraynanın iştirakı ilə bağlı olacaq”, - deyə o, Ukraynanın danışıqların tamhüquqlu iştirakçısı hesab edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Chosen
24
11
bakivaxti.az

10Sources