EN

Robert Kennedi ABŞ-ın Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi oldu

Vaşinqton, 13 fevral, AZƏRTAC

ABŞ Senatı tərəfindən Robert Kennedinin Səhiyyə və Sosial Xidmətləri katibi vəzifəsinə namizədliyi rəsmi olaraq təsdiqlənib.

AZƏRTAC-ın məlumatına görə, 52 lehinə, 48 əleyhinə səslə Robert Kennedi yeni vəzifəsinə təyin olunub.

Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
28
4
azertag.az

5Sources