EN

Tramp 9 mayda Moskvaya gəlsə... - Peskov

Rusiya Prezidenti Vladimir Putin dövlət liderləri, o cümlədən ABŞ lideri Donald Tramp mayın 9-da Moskvaya səfər etsə, şad olardı.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə deyib.

“Prezident Putin açıq şəkildə dedi ki, bu, bizim üçün çox vacib gündür. Və buna görə də bu qələbənin sevincini bizimlə bölüşməyə qərar verən ölkələr varsa, əlbəttə ki, biz və xüsusən də Prezident Putin onları Moskvada qarşılamağa şad olarıq", - Peskov qeyd edib.

Xatırladaq ki, Moskvada 9 mayda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı parad keçiriləcək.

Chosen
22
4
axar.az

5Sources