EN

Conatan Morrison NHTSA-nın rəhbəri ola bilər

Conatan

ABŞ prezidenti Donald Tramp, Apple şirkətinin əməkdaşı Jonatan Morrisonu Milli Yolların Təhlükəsizliyi üzrə İdarəetmə Başçısı (NHTSA) vəzifəsinə namizəd göstərib. “Ulusum”.az xəbər verir ki, NHTSA, o cümlədən Tesla elektrik avtomobillərinin təhlükəsizliyi ilə bağlı bir sıra mövcud araşdırmaları idarə edir.Morrison, Trampın prezidentliyi dövründə NHTSA-nın baş hüquq məsləhətçisi olub və Kaliforniya Yeni Avtomobil Dilerləri Assosiasiyasında çalışıb. LinkedIn profilində qeyd olunur ki, o, 2021-ci ilin may ayında Apple-a qoşulub.NHTSA, Trampın prezidentlik vəzifəsinə başlamazdan iki həftə əvvəl Tesla-nın 2 milyondan çox elektrik avtomobilinin təhlükəsizlik məsələlərini araşdırmağa başlayıb. Araşdırmalar, istifadəçilərə avtomobillərini uzaqdan idarə etməyə imkan verən Full Self-Driving (FSD) funksiyası ilə bağlı qəzalara dair məlumatlara əsaslanır. 2023-cü ildə bir nəfərin ölümünə səbəb olan qəza da daxil olmaqla dörd yol qəzası qeydə alınıb.Səidə

Diqqət Çəkənlər

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Chosen
23
ulusum.az

1Sources