Zimbabvenin Matabeleland əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 24 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, yaralılardan 12-nin vəziyyəti ağır olaraq qalır. Bildirilib ki, avtobusda olan sərnişinlərin dəqiq sayı məlum deyil.
Qəza ilə bağlı polis araşdırmalara başlayıb.