Bakı. Trend:
Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə başdirektoru Daniel Laskaunun rəhbərliyi ilə Bakıda keçiriləcək "BöyükDəbilqə" turnirinə hazırlıq çərçivəsində hakimlər üçün seminartəşkil olunub.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətiməlumat yayıb.
Qeyd edək ki, ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəlihakimi Nazim Umbayev üç gün davam edəcək turnirdə ədaləttəmsilçiləri arasında yer alacaq.