Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu aşması ilə nəticələnən qəza baş verib.
“Qafqazinfo” TRT Haber”ə istinadən xəbər verir ki, sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetmədən çıxaraq xəndəyə aşıb.
Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu göndərilib.
![](https://qafqazinfo.az/uploads/1739474257/yolcu-otobusu-kaza-aa-2332412.jpg)