EN

Azərbaycanın stolüstü tennisçilər Türkiyədəki yarışda finala yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində finala yüksəliblər.

Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, U-15 kateqoriyasında çıxış edən idmançılar qarışıq-qoşa mübarizəsində minimum gümüş mükafatı təmin ediblər.

O.Quluzadə - Y.Məmmədli tandemi fevralın 14-də keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, idmançılar yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

Chosen
11
2
yeniazerbaycan.com

10Sources