Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.
"Unikal" xəbər verir ki, 41 yaşlı Cəmalə Quliyeva həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.