"Ankaragücü"nün yeni baş məşqçisi Mustafa Dalcı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı qərarını verib.
Milli.Az xəbər verir ki, mütəxəssis transferə çıxarılan hücumçunun xidmətinə ehtiyac duymayıb.
Dalcı hücum xəttində oyunçu sayının az olduğunu nəzərə alaraq, əsas komandadan kənarlaşdırılanlardan birini kollektivə cəlb edib.
O, bosniya və herseqovinalı Riad Bajiçin mövsümün sonuna qədər komandada qalmasını qərara alıb. Ancaq klub Renat Dadaşov, Rikkardo Saponara və Kevin Varqa ilə yolları ayırmaqda israrlıdır.
Türkiyədə "transfer pəncərəsi" artıq bağlandığından, adıçəkilən futbolçular fərdi hazırlaşmaqla kifayətlənməli olacaq.
Onlarla müqaviləyə xitam verilməsə, mövsümün sonuna qədər heç bir oyunda iştirak etməyəcəklər.
Renat Dadaşovun "Ankaragücü" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. (Sportinfo.az)
Milli.Az