EN

Tramp İsrail və İtaliya üzərindən ABŞ-yə ticarət yolu yaratmaq istəyir

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modini qəbul edib...

Poliqon xəbər verir ki, görüşdən sonra liderlər İsrail və İtaliyadan keçəcək yeni ticarət yolunun yaradılması təşəbbüsü ilə bağlı razılığa gəliblər.

Tramp bildirib ki, layihə “çox pula” başa gələcək. O, marşrutun həyata keçirilməsi üçün konkret məbləğ və ya müddət göstərməyib. ABŞ prezidenti ticarət yolunun sudan və qurudan keçəcəyinə aydınlıq gətirib.

“Biz bütün tarixin ən böyük ticarət yollarından birinin qurulmasına kömək etmək üçün birlikdə işləməyə razılaşdıq. Bu yol Hindistandan İsrailə, İtaliyaya və daha sonra ABŞ-a qədər uzanaraq, tərəfdaşlarımızı limanlar, dəmir yolları və sualtı kabellərlə birləşdirəcək”, deyə Tramp birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, fevralın 13-də Tramp ABŞ-nin bütün ticarət tərəfdaşlarına qarşı güzgü rüsumları məsələsinin işlənib hazırlanmasını əmr edib. Reuters xəbər verir ki, Hindistan ABŞ mallarına rüsumları azalda bilər.

Poliqon.info

Chosen
11
2
poliqon.info

3Sources