Qazaxıstanın Jambıl əyalətində toğızkumalak oyunu üçün istifadə edilən qədim artefakt aşkar edilib.
Publika.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, birbaşa daş üzərində oyulmuş kiçik çuxurlar və qazanlar 1400 il əvvəl oyun üçün istifadə olunub.
Artefakt Qızıltan kəndində dağ yamacında aşkar edilib.
Yerli alimlərin hesablamalarına görə, tapıntı eramızın VI-VII əsrlərinə, erkən Qərbi Türk xaqanlığı dövrünə aiddir. Bu tarix bölgədə daha əvvəl tapılmış eyni dövrə aid olan kurqanlarla təsdiq olunur.