EN

ABŞ Hindistana F-35 tədarük edəcək

ABŞ administrasiyası Hindistanı F-35 qırıcıları ilə təmin etmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu ildən başlayaraq biz Hindistana silah satışını milyardlarla dollar artırırıq və nəticədə Hindistanı F-35 qırıcısı ilə təmin etmək üçün yol açırıq", - Tramp söyləyib.

Bundan əlavə, ABŞ və Hindistan kiçik modul nüvə reaktorları sahəsində fəal əməkdaşlıq edəcək.

Chosen
24
7
azpolitika.info

10Sources