Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.
Publika.az xəbər verir ki, Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.
O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.