EN

“Tarixdə bu gün” - Əsrin ən böyük İXTİRASI

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

14 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür:

 

bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

 

14 fevral 1956-cı ildə Azərbaycan televiziyası ilk dəfə yayıma başlayıb:

 

Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.  

 

14 fevral Sevgililər Günüdür:

 

Bu tarix Roma Katolik Kilsəsi dövrünə aiddir.

Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir və bununla qızları da gizlicə ərə vermiş sayılır. Buna görə 496-cı ilin 14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir.

 

Digər tərəfdən, 1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı. Bu gün sevgililər bir-birilərinə xoş sözlər deyir, yazır və məktublarını “Valentin” xitabı ilə ünvanlayırdılar.

 

Tarixi və səbəbi nə olursa olsun, 14 fevral dünyanın bir çox yerində Sevgililər Günü olaraq qeyd edilir.

 

14 fevral 1876-cı ildə telefon ixtira olunub:

 

Şotlandiyalı Aleksandr Qraham Bell ixtirası üçün patenti 14 fevralda alıb. Azərbaycanda telefon rabitəsi bundan az sonra - 19-cu əsrin 80-ci illərinin əvvəllərində qurulub. 1911-ci ildə isə Bakı-Tiflis telefon rabitəsi xətti işə düşüb.

Chosen
51
azedu.az

1Sources