EN

Putinlə Tramp dünyanı bölüşdürür: Cənubi Qafqazda nə gözlənilir? - Erməniləri qorxudan ssenari

Bu gün, 09:53

Rusiya və ABŞ liderlərinin telefon danışığı və ondan sonra verilən açıqlamalar dünyada güclü rezonansa səbəb olub. Avropanın aparıcı siyasətçiləri və media qurumları “Putin və Trampın dünyası” haqda yazırlar. Təbii ki, qlobal güc balansının formalaşması ilə bağlı hər hansı qəti nəticə çıxarmaq hələ tezdir, lakin Moskva və Vaşinqtonun yanaşmalarının ənənəvi olaraq toqquşduğu bir çox regionların köklü dəyişikliklər astanasında olduğu göz qabağındadır.
Bu regionda müxtəlif qüvvələrin və oyunçuların bütün maraqları və ziddiyyətləri şəbəkəsini nəzərə alsaq, Cənubi Qafqaz da bu dəyişikliklərdən, şübhəsiz ki, kənarda qalmayacaq.
Publika.az xəbər verir ki, erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov “Sputnik Ermənistan”a bildirib ki, Moskva ilə Vaşinqton arasında razılaşmaların Cənubi Qafqazdakı vəziyyətə və xüsusən Ermənistana necə təsir edəcəyi sualına cavab vermək üçün Ukrayna münaqişəsinin konturlarını anlamaq lazımdır.
“Ukrayna böhranının həlli metodologiyasından asılı olaraq, ya Moskvanın Qafqazdakı mövqeyinin ləng, lakin davamlı şəkildə bərpasından, ya da mövcud vəziyyətin qorunub saxlanmasından danışmaq olar. Qeyri-müəyyənlik həm də ondan irəli gəlir ki, Tramp komandasının Cənubi Qafqaza yanaşmasının necə olacağını heç kim bilmir. Yeni administrasiya bir anda bir neçə qlobal sahədə çox ciddi fəallıq nümayiş etdirir, lakin onların bütün bu sahələr üzrə hazır həll yolları və iş planları olduğu hələ bəlli deyil.
Trampın ümumi strategiyasına baxsaq, ABŞ prezidenti dünyanı təsir sferalarına bölmək və ya bu təsir sahələrini konkretləşdirmək tərəfdarıdır. Bizim region və Ermənistanla bağlı müxtəlif variantlar ola bilər. Təəssüf ki, ssenarilərdən biri Türkiyənin ABŞ-ın maraqlarının əsas dirijoru rolunu gücləndirməsidir”, - Arutyunov deyir.
Ekspert diqqəti Ermənistanda (bir çox başqa ölkələrdə olduğu kimi) Trampın seçkilərdəki qələbəsindən tutmuş Vaşinqton və Moskvanın strateji dialoqa başlamaq cəhdlərinə qədər hadisələrin belə dönüşünə qətiyyən hazır olmadığını diqqətə çatdırıb.
"Ermənistan hakimiyyətinin xarici siyasət sahəsindəki hərəkətləri və bəyanatları indi böyük ölçüdə ətalətdir. Bu, ABŞ və Aİ-nin Cənubi Qafqazla bağlı vahid mövqeyə malik olduğu əvvəlki proseslərin ətalətidir. İndiki hakimiyyət hələ də demokratik dəyərlərə müraciət edir, bu kozırla oynayır və bundan indiki administrasiyanın əsas prioritetləri kimi istifadə edir ” Arutyunov deyir.
Rəsmi İrəvanın xarici siyasətində hər hansı ardıcıllığın və ya aydın strategiyanın olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Arutyunovun sözlərinə görə, vəziyyət obyektiv olaraq Ermənistandan balanslaşdırılmış addımlar və bacarıqlı manevrlər tələb edir, lakin bu, zəif və yöndəmsiz şəkildə aparılır və çox vaxt son dərəcə mənfi nəticələrə gətirib çıxarır.
Reportyor.tv

Chosen
23
2
Reportyor.tv

3Sources