1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Bakıda Azərbaycan Maliyyə Forumu işinə başlayıb.
Oxu.Az xəbər verir ki, forum Banklar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Fintex Assosiasiyası, Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.
Forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyır.
![](https://images.oxu.az/2025/02/14/JGAvXtBNbTuoB68MA2YYyT14AwXrvP4NpNYgSCZF:450.jpg)
![](https://images.oxu.az/2025/02/14/t2LHz5cp50VIxZiC0Sv9P3D94s1VIXM4FWi2R7ED:450.jpg)
![](https://images.oxu.az/2025/02/14/DRtmfEd4kXgiyQRA1W4Yu6DlL2Yg0GhNCYP4Iyvb:450.jpg)
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev