EN

“Alfons oğlanları müğənnilərin və həkimlərin yanında görürəm” - VİDEO

Bu gün, 10:14
“Ekran qarşısında və “TikTok” sosial şəbəkə platformasında çox sayda alfons var. Varlı oğlan alfons olmur. Alfons özünə hörmət etməyən oğlanlardır. Özünə hörmət edən oğlan alfons ola bilməz”.
Bu sözləri şair və qiraətçi Nazilə Səfərli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi pula görə müğənnilər və həkimlərlərlə saxta eşq yaşayan alfons kişilərdən söz açıb:
“Özünə hörmət etməyən oğlan hansısa bir məşhur qızın könlünü oğurlayır və sayəsində tanınır. Məşhur elə imkanlı deməkdir. Mən həmin o alfonsları həkimlərin yanında görürəm. Könül tutanda kasıb və varlıya baxmır. Onun varlı olması maraqlı olmur. Amma qəsdən mən kasıbam gəlib bir müğənninin yanında… Sonra gəlib bir “qeyrət ağacı” tuturlar onlara… Ora getmə, bura getmə… Sən bunu fermada görməmisən! Sən alfons o müğənnin toydan qazandığı pulu yeyirsən. Amma sən o müğənniyə sahiblənmək haqqına çatmamısan. Bəli! İtə, pişiyə sahiblənərlər, sən niyə qadına sahiblənirsən? Qadını yaşat, dəyər ver, uca tut. Sən qadının gününü qara et ki, iş bilmişəm… Belə şey olar?”
Nazilə gizlinləri bütün çılpaqlığı ilə efirdə ictimailəşdirənləri qınayıb: 
“Bölgələrdə gördüyüm kinokomediyalar inanın ki, efirdə yoxdur. Kəndlərdə elə insanlar var ki, 3-4 dəfə ərə gedib, amma onun üstünə ləkə yaxan yoxdur. Çox rahatdır. Bizim problem efirdədir, hər şey ictimailləşib. Bölgələrdə çox məqamlar var”.  (olay)

Chosen
35
1
Reportyor.tv

2Sources