EN

Avrokubokların 16 yaşlı rekordçusu

İrlandiyanın “Şemrok Rovers” klubu Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Molde”ni məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, matçda yeganə qolu Maykl Nunan vurub. O, eyni zamanda Avrokuboklarda rekorda imza atıb.

Nunan UEFA bayrağı altında keçirilən klub turnirlərində qol vuran ən gənc futbolçu olub. “Molde”nin qapısına yol tapan Mayk 16 yaş 197 günlükdə bu uğura imza atıb.

Əvvəlki rekordçu isə Romelu Lukaku idi. O, 2009-cu ildə 16 yaş 215 günlüyündə fərqlənib.

Chosen
32
futbolpress.az

1Sources