EN

Bakıda küçədə halı pisləşən iki nəfər ölüb

Bakıda küçədə halı pisləşən iki nəfər vəfat edib.

1976-cı il təvəllüdlü Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini F.Cəfərov Nərimanov rayonu, Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb.

Bundan başqa, 1966-cı il təvəllüdlü, tüfeyli həyat tərzi yaşayan E.Əhmədov vəziyyətinin pis olması səbəbindən təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həmin klinikada vəfat etdiyi məlum olub.

Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: oxu.az

Chosen
11
1
oxu.az

10Sources