EN

ABŞ-nin vitse-prezidenti Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib

Rusiya münaqişəni həll etməkdən imtina edərsə, ABŞ qoşunlarını Ukraynaya göndərə bilər.

“İki sahil” "The Wall Street Journal"a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"İqtisadi təzyiq, əlbəttə ki, hərbi təzyiq vasitələri də var", - o qeyd edib.

Bu, fevralın 12-də Pentaqon rəhbəri Pit Heqsetin hər hansı təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edən bəyanatından sonra baş verib.

Vensin sözlərinə görə, bütün variantlar "danışıqlar masası"nda qalır və tərəflərin bağlayacağı razılaşma çoxlarını şoka sala bilər. Vitse-prezident qeyd edib ki, Tramp danışıqlar zamanı bu və ya digər məsələlər üzrə fikrini dəyişə bilər. O vurğulayıb ki, Vaşinqton Moskvanı danışıqlar yolu ilə daha çox şey əldə edəcəyinə inandırmaq niyyətindədir:

"Bir çox konfiqurasiyalar var, lakin biz həqiqətən Ukraynanın suveren müstəqilliyə malik olmasına diqqət yetiririk".

Chosen
5
1
ikisahil.az

2Sources