EN

H.Hacıyevin "Salam Xankəndi" videosunda erməniləri yandıran "mədəniyyət evi"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindən video paylaşıb.

Hacıyev “X” hesabında Xankəndi Şəhər Prokurorluğunun binası qarşısından etdiyi paylaşıma “Salam, Xankəndi!” sözlərini yazıb.
Təbii ki, bu maraqlı video bütün sosial şəbəkə platformalarında sürətlə yayılıb.

Eyni zamanda , ermənilərin böyük qəzəbinə səbəb olub. Beləki, Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binasının bərpası da videoda göstərilib. Ermənilər bunu " Qarabağdan ermənilərin tarixi izini silmək " kimi dəyərləndirərək əsəbləşiblər.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti xəbər yayımladı. Xəbərdə bildirildi ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binası bərpa ediləcək və  artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanıb.

P.S.Bunlar- bu axmaq və xəstə toplum anlamaq istəmir ki, Xankəndi Mədəniyyət Mərkəzi 1980-ci ildə, məhz Sovet Azərbaycanının sərəncamı, layihəsi və büdcəsi ilə tikilib. Bu tikinti xəstə təxəyyülünüzlə uydurduğunuz "qədim erməni kralı Tiqran"ın guya "eramızdan əvvəl" tikdirdiyi uydurma Tiqranakert qalası da deyil.

Əntiqə Rəşid

Chosen
3
adalet.az

1Sources