EN

Avropa nəhənglərinin “Qalatasaray”ın futbolçusuna "gözü düşdü"

İtaliyanın "Latsio" və "Napoli" klubları "Qalatasaray"ın ulduzu Barış Alper Yılmazı transfer etmək üçün hərəkətə keçib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, İtaliya klublarının nümayəndələri UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən "AZ Alkmaar"- "Qalatasaray" oyununu canlı izləyiblər.

"Qalatasaray"ın 1-4 hesabı ilə məğlub olduğu oyunda Barış Alper fərqlənə bilməyib. Bildirilir ki, futbolçunun "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var. Barış Alper Yılmazın transfer dəyəri 30 milyon avrodur. Futbolçu bu mövsüm "Qalatasaray" forması ilə 32 matçda iştirak edib və 11 dəfə fərqlənib, 2 məhsuldar ötürmə verib.

Barış Alper Yılmazın xidmətində İngiltərə klubları da maraqlıdır.

Milli.Az

Chosen
11
1
milli.az

2Sources