EN

Bu Avropa ölkəsi minlərlə ukraynalını sərhəddən buraxmadı: səbəb isə...

Almaniya öz sərhədlərində nəzarəti bərpa etdikdən sonra on minlərlə əcnəbi ölkədən uzaqlaşdırılıb. Onların hər beşdə biri ukraynalıdır.

Publika.az xəbər verir ki, bunu "Euractiv" nəşrinin jurnalistləri tərəfindən nəzərdən keçirilən hökumət statistikası sübut edir.

2023-cü ilin avqust ayından Almaniya sərhəddinə girişdən imtina edilənlərin 19,1%-ni ukraynalılar təşkil edir. Suriyalılar isə birinci yerdədir - 19,8%. Nəşrin məlumatına görə, 2023-cü ildə ümumilikdə 35,6 min, keçən il isə 45 min əcnəbi Almaniyaya buraxılmayıb. Əgər onların beşdə biri ukraynalıdırsa, deməli, söhbət 15 mindən çox ukraynalıdan gedir.

"Nəticələr təəccüblüdür, çünki Rusiyanın hücumundan qaçan ukraynalılar adətən Aİ-nin istənilən ölkəsində qorunma və müvəqqəti yaşamaq imkanı əldə edə bilirlər. Onlara həm də Şengen zonası daxilində tətil üçün səyahət etmək icazəsi verilir", - nəşr qeyd edir.

Chosen
4
publika.az

1Sources