EN

İİV infeksiyasının erkən diaqnozu uğurlu müalicə üçün son dərəcə vacibdir - SN

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlaborantı Aygün Səfərova Nazirliyin rəsmi səhifəsinə müsahibəverib.

Trendhəmin müsahibəni təqdim edir:

- Aygün xanım, İnsanın immunçatışmazlığı virusunun müayinəsiüçün qan analizi necə verilməlidir?

- İnsanın immunçatışmazlığı virusu (İİV) retroviruslar ailəsinəaid olub, orqanizmə müxtəlif xəstəliklərlə mübarizə aparmağa köməkedən immun sisteminin hüceyrələrini məhv edən virusdur. Onunxarakterik xüsusiyyəti leykositlərin növlərindən biri olan - CD4limfositləri məhv etməsidir. Bu hüceyrələr virus tərəfindən nəqədər çox məhv edilərsə, immun sistemi bir o qədər zəifləyir.Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) bu prosesin sonuncumərhələsidir. Yoluxma anından xəstəliyin ilk əlamətlərininyaranmasına və xüsusilə QİÇS mərhələsinin inkişafına qədər uzunmüddət, bəzən bir neçə il vaxt keçir. Əksər hallarda simptomsuzdövr 10 ili əhatə edə bilir.

İİV infeksiyasının erkən diaqnozu İİV-ə yoluxmuş şəxslərdəuğurlu müalicə və İİV ilə yaşayan insanların ömrünün artırılmasıüçün son dərəcə vacibdir.

İİV-ə müayinələr Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindəntövsiyə olunan müasir metodlara əsaslanaraq aparılır. MüayinələrSəhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində, mərkəzinregional laboratoriyalarında, mobil və stasionar Könüllü Müayinə vəMəsləhət məntəqələrində ödənişsiz, anonim qaydada konfidensiallıqprinsipi əsasında həyata keçirilir.

İİV-ə müayinələr zamanı müəyyən olunan standartlara düzgünriayət edilməlidir. Müayinə olunan şəxsdən qan nümunəsinin acqarına götürülməsi tövsiyə olunur. Bir gün öncədən isə qidarasionundan yağlı, kəskin qidaların, spirtli içkilərin çıxarılması,müayinədən 1 saat öncə isə siqaret çəkməmək tövsiyə olunur. Nəzərəalmaq lazımdır ki, stres və dərman preparatlarının qəbulu danəticələrin təhrifinə səbəb ola bilər.

- Hansı hallarda İİV-ə müayinə nəticəsi müsbət hesab olunur?

– İnsanın İmmunçatışmazlığı Virusu RNT genomuna sahibdir.İİV-nin antigen və antitelinin standart təyini üsulu immunoferment(ELISA) analiz adlanır. Bu üsul çox etibarlıdır, həssaslığı99,5%-dən çoxdur. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə MübarizəMərkəzinin Mərkəzi laboratoriyasında İİV-ə skrininq müayinələrHIV–1/2 Ag/Ab Combo sistemlərindən istifadə olunaraq aparılır. Busistemlər müasir dövrdə virusun həm antigenini, həm də antiteliniaşkar etməyə imkan verir.

Qanda İİV-ə qarşı antitelləri təyin edən üsullardan istifadəedərək İİV infeksiyası diaqnozu müəyyən edilir. İİV-ə qarşıantitellərin əmələ gəlməsi yoluxmadan sonra 2-3 həftədən 6 ayaqədər baş verir. Test nəticələri müsbət, mənfi və ya qeyri-müəyyənola bilər. Buna görə də İİV-ə ehtimal olunan yoluxmadan 6 ay sonramüayinəni təkrarlamaq tövsiyə olunur. Nəticə mənfi olarsa və son(son 6 ay ərzində) infeksiyaya şübhə yoxdursa, İİV infeksiyasıdiaqnozu təsdiqlənməmiş hesab edilə bilər. Əgər yoluxma şübhəsivarsa, təkrar müayinə aparılır.

Qan nümunəsi müsbət və ya şübhəli nəticə verdikdə, həmin nümunətəkrar yoxlanılır. Əgər təkrar müsbət nəticə əldə olunarsa,pasiyentdən 2-ci qan nümunəsi götürülür və müayinə edilir. İkincigötürülmüş qan nümunəsi də müsbət nəticə verərsə, digər spesifiktəsdiqləyici test üsullarından (məs. immunoblot, PZR) istifadəolunaraq pasiyent İİV müsbət olaraq qeydiyyata alınır. Serolojiüsuldan başqa, virusun genomunu təyin etmək üçün istifadə edilən ənetibarlı üsul PZR (polimeraza zəncirvari reaksiya)-dir. İİVinfeksiyasının erkən diaqnozu üçün şübhəli təmasdan 2-3 həftə sonraPZR istifadə edilə bilər.

- Nə zaman İİV-ə nəticələr yanlış müsbət ola bilər?

– Yanlış müsbət nəticə, immun çatışmazlığı virusuna yoluxmayanbir şəxsdə İİV testinin müsbət nəticə verməsidir. İİVinfeksiyasının diaqnozunun qoyulması, səhvlərə yol verməyən çoxciddi bir alqoritmə tabedir.

Qeyd etmək lazımdır ki, analizin dəqiqliyi qan nümunəsinigötürmədən öncə aparılan hazırlıqdan, götürülən qan nümunəsininqeydiyyatının doğru aparılmasından, daşınmasından, istifadə olunantest-sistemlərinin saxlanma şəraitindən və alınan nəticələrin doğruanalizindən asılıdır. Analizin yanlış müsbət nəticəsinə qannümunəsi verərkən diqqət edilməyən qida rasionu ilə yanaşı,infeksion və autoimmun xəstəliklər, sifilis, Layma, Epstein-Barr,Qırmızı Qurdeşənəyi, revmatoid faktor, allergik reaksiyalar və s.təsir edir.

- İİV-ə müayinəni ekspres-test üsulu ilə aparmaq olarmı?Ekspres-test müsbət olarsa, pasient İİV-ə yoluxmuş hesabolunur?

- İİV-in diaqnostikası məqsədilə ÜST-nin son tövsiyələrinəəsasən, yeni testləşmə alqoritmində ekspres-testlərdən istifadəolunması məqsədəuyğun hesab edilir. Belə ki, ekspres-testlər həməlçatandır, həm də 20-25 dəqiqə ərzində nəticə əldə etməyə imkanverir. Bu halda İİV-ə müayinə üçün istifadə olunanekspres-testlərin 4-cü nəsil olması tövsiyə olunur. Bu testlərİİV-nin p24 antigenin həmçinin, İİV ½ antitelərini aşkar etməyəimkan verir.

Ekspres-test nəticəsi müsbət olarsa təşvişə düşüb yekun qərarvermək olmaz. Belə ki, nəticənin dəqiqliyi üçün digər təsdiqləyiciüsullardan istifadə etmək tövsiyə olunur. Ekspres-testin də yanlışmüsbət nəticə göstərmə ehtimalı rast gəlinəndir. Bu hal yanaşıgedən infeksion xəstəliklərdə, onkoloji xəstəliklərdə, sistemxəstəlikləri və s. hallarda müşahidə oluna bilir.

- İİV-ə yoluxmuş insanlarla işləyərkən tibb işçiləri özlərininecə qoruya bilərlər?

– Xüsusilə vurğulamaq istərdim ki, tibbi işçiləri həm özlərinin,həm də müayinəsini apardığı şəxslərin tibbi təhlükəsizliyinin təminedilməsində məsuliyyət daşıyır. Bu məqsədlə, tibb işçilərininuniversal təhlükəsizlik qaydalarına riayət etməsi mütləqdir.

Əgər hər hansı səbəbdən İİV-ə yoluxmuş bioloji materiallakontakt baş verərsə, tibb personalı əlindəki əlcəyi işlənmiş səthiiçəridə qalmaqla tərs çıxarıb xüsusi konteynerə atmalı, ağızboşluğu və gözdən başqa digər zədələnmiş səthləri sabunla yumaq,axar su altında saxlamaq, axar su olmadıqda isə əl yumaq üçün olanvasitə və dezinfeksiyaedicilərdən istifadə etmək lazımdır. Zədənahiyəsini sıxmaq, sürtmək, qanı sormaq, yaranı yod, xlor, spirttərtkibli məhlullarla işləmək olmaz. Əgər göz və ağız boşluğunaİİV-müsbət bioloji material düşərsə su və ya fizioloji məhlul iləyumaq lazımdır. Gözə sabun və ya dezinfeksiyaedici məhlul vurmaqolmaz.

Müsbət bioloji material və ya alətlərdə kontaktdan sonra 72 saatərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinəmüraciət etmələri tövsiyə olunur, yoluxmanın qarşısını almaq üçünburada profilaktik tədbirlər aparılacaq.

Məqalədə:
Chosen
7
5
az.trend.az

6Sources