Fevralın 15-də Slovakiyanın Samorin şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start veriləcək.
İdman.biz xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycan cüdoçuları da güclərini sınayacaq.
Yığmamız yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu yarışda Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Məhəmmədəli Hüsiyev, Rəsul Əlizadə (hər ikisi 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev (hər ikisi 60 kq), Əli Hümbətov, Özqan Quliyev (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kq), Nurəddin Əliyev, Emin Şirinov (hər ikisi 90 kq), Tunar Fərzəliyev və
Sübhan Axundova (hər ikisi +90 kq) şans verəcək.
32 ölkədən 707 idmançının iştirak edəcəyi Avropa kubokunda komandamıza baş məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Rəşad Əliyev ədalət təmsilçiləri arasında yer alacaq.
İdman.biz