EN

?Ötən il bank sektorunun əldə etdiyi faiz gəlirləri 4 mlrd. manat olub?

Bankların aktivlərinin həcmi 2024-cü ilin sonuna 53 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 7,8 faiz çoxdur.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bankların kredit portfelindəki artım qeyd olunan tempi 2,4 dəfə ötərək 18,5 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,5 milyard manat səviyyəsinə yüksəlib.

?Biznes kreditləri 17,2 faizlik artımla 14,8 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18,7 faiz olub. Depozit portfeli isə təqribən 9,1 faizlik artım ilə 37,7 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin depozitlərinin həcmi 13,6 faiz artaraq, 14,3 milyard manat səviyyəsinə çatıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 33,6 faiz təşkil etməkdədir?, ? deyə Zakir Nuriyev qeyd edib.

Zakir Nuriyev onu da əlavə edib ki, hesabat ilində bank sektorunun məcmu kapitalı 10,8 faiz (0,6 milyard manat) artaraq 6,2 milyard manata çatıb: ?Bank sektorunun kapital adekvatlığı 17,6 faiz olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 faiz, digər banklar üçün 10 faiz) 1,7 dəfə üstələyib. Sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 milyard manat, mənfəətin həcmi isə 1044,3 milyon manat təşkil etməkdədir?.

Chosen
36
1
banker.az

2Sources