Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandası Slovakiyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, səfərdə məqsəd cüdo üzrə Avropa kubokunda iştirak etməkdir.
Milli komandamızın heyətində 16 cüdoçu yer alıb: Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Məhəmmədəli Hüsiyev, Rəsul Əlizadə (hər ikisi 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev (hər ikisi 60 kq), Əli Hümbətov, Özqan Quliyev (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kq), Nurəddin Əliyev, Emin Şirinov (hər ikisi 90 kq), Tunar Fərzəliyev və
Sübhan Axundov (hər ikisi +90 kq).
Yığmaya baş məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Avropa kuboku 15-16 fevral aralığında keçiriləcək.