EN

ABŞ Hindistana silah ixtacını artırır

ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Hindistana silah satışının artacağını açıqlayıb. Bu barədə o, Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında bildirib. Məlumatı “İnterfaks.ru” yayıb. 

Tramp qeyd edib ki, Hindistana hərbi təchizat “çoxmilyardlıq” dollar həcmində artacaq. O bildirib ki, ABŞ Hindistana F-35 qırıcılarının tədarükü üçün də “yol açır”.

ABŞ prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət əlaqələri ilə bağlı danışıqlar aparılacaq: “Baş nazirlə mən enerji mövzusunda çox mühüm razılığa gəldik ki, bu, ABŞ-ı yenidən Hindistana neft və qazın aparıcı təchizatçısına çevirəcək”.

Bundan əlavə, ABŞ və Hindistan hakimiyyəti kiçik modullu nüvə reaktorları sahəsində də fəal əməkdaşlıq edəcək.

P.ƏMİRCANOV
XQ

Chosen
20
xalqqazeti.az

1Sources