BusözləriABŞ lideri Donald Tramp Vaşinqtona səfərə gəlmiş Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında söyləyib. O diqqətə çatdırıb ki, ABŞ bu ildən etibarən Hindistanla hərbi sahədə ticarətini "milyardlarla dollar həcmində" artıracaq.
"F-35"hərbi təyyarələri son bir neçə ildə ABŞ-lə müdafiə sahəsində əməkdaşlığını artıran Hindistan üçün əsas qazanc sayılır. Belə ki, Vaşinqtonun bu ölkəyə indiyədək satdığı silah-sursat və texnika arasında həmin qırıcılar yox idi. Çünki Hindistanın "Rusiya istehsalı silah sistemlərindən həddən çox yararlandığı" bildirilirdi.
Adıçəkilən hərbi təyyarələri də özündə əhatələyən"Joint Strike Fighter"proqramı ABŞ-nin ən bahalı silah sistemi sayılır. Hökumət Hesabatlılığı İdarəsinin məlumatına görə, proqram 1,7 trilyon dollara başa gəlib.
Firudin Həmidli
AzVision.az